19
Müqəddəslik və ədalət
1 Rəbb Musaya dedi: 2 *Lev. 11:44-45; 1Pet. 1:16 «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.
3 *Çıx. 20:12; Qanun. 5:16 *Çıx. 20:8; Qanun. 5:12 Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm. 4 *Lev. 26:1 *Çıx. 20:23; 34:17; Qanun. 27:15 Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.
5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin. 6 Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın. 7 Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar. 8 O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.
9 *Lev. 23:22; Qanun. 24:19-22 Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. 10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.
11 *Çıx. 20:15; Qanun. 5:19 *Çıx. 20:16; Qanun. 5:20 Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. 12 *Çıx. 20:7; Qanun. 5:11; Mat. 5:33 Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.
13 *Qanun. 24:14-15 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. 14 *Qanun. 27:18 Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.
15 *Çıx. 23:6-8; Qanun. 16:19 Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. 16 Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.
17 *Mat. 18:15 Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. 18 *Mat. 5:43; 19:19; 22:39; Mark 12:31,33; Luka 10:27; Rom. 13:9; Qal. 5:14; Yaq. 2:8 Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.
19 *Qanun. 22:9-11 Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.
20 Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil, 21 o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin. 22 Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.
23 Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin. 24 Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın. 25 Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.
26 *Yar. 9:4; Lev. 7:26-27; 17:10-14; Qanun. 12:16,23-25; 15:23 *Qanun. 18:10 Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin. 27 *Lev. 21:5; Qanun. 14:1 Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin. 28 Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.
29 *Qanun. 23:17 Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın. 30 *Lev. 26:2 Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.
31 *Qanun. 18:11; 1Şam. 28:3; 2Pad. 23:4; Yeş. 8:19 Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.
32 Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm. 33 *Çıx. 22:21; Qanun. 24:17-18; 27:19 Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. 34 Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm.
35 *Qanun. 25:13-16; Sül. 20:10; Yez. 45:10 Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. 36 Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. 37 Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”».
*19:2 Lev. 11:44-45; 1Pet. 1:16
*19:4 Çıx. 20:23; 34:17; Qanun. 27:15
*19:9 Lev. 23:22; Qanun. 24:19-22
*19:11 Çıx. 20:15; Qanun. 5:19
*19:11 Çıx. 20:16; Qanun. 5:20
*19:12 Çıx. 20:7; Qanun. 5:11; Mat. 5:33
*19:15 Çıx. 23:6-8; Qanun. 16:19
*19:18 Mat. 5:43; 19:19; 22:39; Mark 12:31,33; Luka 10:27; Rom. 13:9; Qal. 5:14; Yaq. 2:8
*19:26 Yar. 9:4; Lev. 7:26-27; 17:10-14; Qanun. 12:16,23-25; 15:23
*19:31 Qanun. 18:11; 1Şam. 28:3; 2Pad. 23:4; Yeş. 8:19
*19:33 Çıx. 22:21; Qanun. 24:17-18; 27:19
*19:35 Qanun. 25:13-16; Sül. 20:10; Yez. 45:10